Biz Kimik?
"FLEX" MMC — 2019-cu ildən etibarən İT həllər, təhlükəsizlik və telekommunikasiya sistemləri sahəsində innovativ xidmətlər təqdim edən texnologiya şirkətidir. Əsas hədəfimiz beynəlxalq standartlara uyğun proqram təminatı və rəqəmsal infrastruktur layihələri ilə müştəri məmnuniyyətini təmin etməkdir. Qlobal təcrübəni yerli layihələrdə tətbiq edərək, həm ölkəmizdə, həm də beynəlxalq bazarda rəqabətədavamlı texnoloji həllər təqdim edirik.
Azərbaycanın müxtəlif bölgələrində uğurlu layihələrə imza atan təcrübəli komandamızla, müştərilərimizə yalnız məhsul deyil, həm də onların fərdi ehtiyaclarına uyğun yüksək keyfiyyətli və innovativ optimal həllər təqdim edirik.